Məzmuna keç

Resept:Ənginar şorbası

Vikikitab, açıq dünya üçün açıq kitablar


Tərkibi

[redaktə]

Bu şorbanı hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:

  • 4 ədəd təzə ənginar;
  • 1 ədəd orta böyüklükdə soğan;
  • 1 diş sarımsaq;
  • 1 ədəd yerkökü;
  • 1 ədəd bibər;
  • 1/2 limon;
  • 3-4 qaşıq zeytun yağı və 2 qaşıq kərə yağı;
  • 1 yemək qaşığı un;
  • 5 su stəkanı soyuq su;
  • Duz, istiot.

Hazırlanması

[redaktə]

Ənginar diqqətlə təmizlənib limonlu-unlu suda saxlanılır. Yağı qazana töküb doğranılmış soğan, sarımsaq və kökləri azca qızardılır. Sonra ənginarı, daha sonra isə unu da əlavə edib qovurmağa davam edilir. Qovrulduqdan sonra üstünə su töküb qaynadılır. Soyudub blenderdən keçirilir və ədviyyatlarla dadlandırılır. Nəhayət, üzərinə əridilmiş kərə yağı tökülərək süfrəyə verilir.

Mənbə

[redaktə]