Resept:Ağ lobya salatı
Görünüş
Lazım olan ərzaqlar
[redaktə]Təxminən 4 pay üçün
- 1 1/2 stəkan quru ağ lobya - gecədən suda isladılmış
- 1 ədəd orta boy soğan - yarıya bölünüb, uzunsov doğranmış
- 1 stəkan xırda-xırda doğranmış cəfəri
- 1 ədəd orta boy yaşıl Bolqar bibəri - xırda-xırda doğranmış
- 2 ədəd orta boy pomidor, xırda-xırda doğranmış
- 1/4 stəkan zeytun yağı
- zövqə görə sıxılmış limon suyu və ya sirkə
- zövqə görə duz
- zövqə görə istiot
- 1 ədəd bərk bişmiş yumurta - 4 dilimə bölünmüş
- bir neçə ədəd qara zeytun
- sumax və yaxud şirin qırmızı bibər tozu
Qeyd: Tərəvəz, göyərti, zeytun yağı, limon və ya sirkənin miqdarını zövqə görə azaltıb çoxalda bilərsiniz.
Hazırlanma qaydası
[redaktə]- Lobyanı süzüb suda yumuşalanadək bişirin. Süzüb iri bir qaba qoyun.
- Soğanı təxminən 1 x. qaşığı duzla ovun ki, acı suyu çıxsın və yumuşalsın. Sonra isə soğanı yuyun və əlinizlə suyunu sıxıb atın. Soğanı lobyaya əlavə edin.
- Yumurta, zeytun, sumax və ya bibər tozundan başqa bünün ərzaqları lobyaya əlavə edib qarışdırın.
- Salatı servis qabına yerləşdirib, yumurta dilimləri və zeytunla bəzəyin. Yumurtanın üstünə azca ya sumax, ya da bibər tozu səpin.
Mənbə
[redaktə]Vikianbarda Ağ lobya salatı ilə əlaqəli mediafayllar var. |