Resept:Abşeron tortu
Görünüş
Abşeron tortu | |||
---|---|---|---|
Kateqoriya: | Tortlar | ||
Porsiya: | 3 | ||
Enerji qiyməti: | 1000-800 kkal. | ||
vaxt: | 2-3 saat | ||
Hazırlanma mürəkkəbliyi: | |||
Xəmiri
[redaktə]- 3 st. un
- 4 yumurta
- 2 st.şəkər tozu
- 4 xörək qaşığı sirkə
- 0.5 çay qaşığı soda
- 4 xörək qaşığı mürəbbə suyu
- 1 paket vanil
Üstü üçün krem
[redaktə]- Kremşanti
- 1 st süd
İçi üçün krem
[redaktə]- 1 banka qatlaşdırılmış süd
- 200 qr. kərə yağı
Hazırlanması
[redaktə]Yumurta və şəkər tozu yaxşıca çalınır. Stəkana 4 xörək qaşığı sirkə tökürsən. Və üstünə 0.5 çay qaşığı sodanı onun üstünə töküb qaşıqla qarışdırırsan. Bu zaman sirkə köpürür. Bu qarışığı yumurta və şəkər tozu qarışığına töküb, sonra mürəbbə suyunu, vanilı əlavə edib, qarışdırırıq. Xəmiri 3 hissəyə bölüb bişiririk. Yağlanmış tavaya 1-ci hissə tökülür. 180°C-də əvvəlcədən qızdırılmış sobaya verilir. Üzəri qızılı rəng alanda götürülür. Digər hissələrdə bu qayda ilə bişirilir.Kekslərin arasina qatlaşdırılımış südlə 200 qr. kərə yağında hazırlanmış krem yayılır. Və qoz ovuntusu səpilir. Tortun üstünə kremşanti sürtülür.