Resept:Alça kiseli

Vikikitab, açıq dünya üçün açıq kitablar
Jump to navigation Jump to search

Alça kiseliAzərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də soyuq havalarda, müxtəlif məclislərdə, qonaq qəbul edildikdə və müalicə məqsədi üçün içilir.

Tərkibi[redaktə]

Bu içkidən 4 pay hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:

Alça – 125 q, toz-şəkər – 100 q, kartof nişastası – 40 q, limon turşusu – 0,4-0,8 q, su – 740-760 ml və ya 3 nazik stəkan.

Hazırlanma qaydası[redaktə]

Alçanı təmizləyib yuyur, üzərinə su töküb 7-10 dəq. yumşalana qədər bişirir, suyunu süzüb, başqa qaba tökürlər. Qalan alça meyvəsini əzib, ələkdən keçirir və yenidən süzülmüş suya qatırlar. Bura, şəkər və limon turşusu töküb, qaynayana qədər qızdırır, sonra soyuq suda qarışdırılmış nişasta əlavə edib, kisel hazır olunca bişirirlər. Stəkan və formalara töküb, soyuq yerdə saxlayır, üzərinə qurumasın deyə toz-şəkər səpirlər.