Resept:Alça mürəbbəsi
Görünüş
| Alça mürəbbəsi | |
|---|---|
| Kateqoriya: | Şərq şirniyyatı |
| Porsiya: | 10 |
| Enerji qiyməti: | 1000-2000 kkal. |
| vaxt: | 2-3 saat |
| Hazırlanma mürəkkəbliyi: | |
Tərkibi
[redaktə]Mürəbbə bişirmək üçün iri bağ alçası sortları, xüsusilə Ərəş və İstambul alça sortları götürülür. Bu alçalar tam yetişdikdə qırmızı rəngdə olmaqla bir ədədin kütləsi 40 qrama çatır.
Hazırlanma qaydası
[redaktə]Alçanın qabığı soyulur. 1,5-2,0 saat müddətində əhəng suyunda saxlanılır, təmiz yuyulur və bir neçə yerdən deşdəklənir. Beləliklə hazırlanmış alçanın üzərinə şəkər şərbəti tökülüb 6-8 saat saxlanılır. Mürəbbəni arada 8 saat saxlamaq şərtilə 2-3 dəfəyə bişirirlər. 1 kq təmizlənmiş alçaya 1,1kq şəkər və 1 stəkan su sərf edilir.