Resept:Alma-yerkökü şirəsi
Görünüş
Alma-yerkökü şirəsi - Qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda, isti günlərdə susuzluğu yatırmaq üçün içilir.
Hazırlanma qaydası
[redaktə]Hazırlamaq üçün alma və yerkökündən ayrıca şirə hazırlanır, 80% alma şirəsi, 20% yerkökü şirəsi götürülür, qarışdırılır, süzülür, bankalara tökülür və pasterizə edilir. Uşaqların qidasında istifadə etmək məsləhət görülür. Zövqünüzə görə alma-yerkökü şirəsində yerkökü şirəsinin miqdarını 50%-ə qədər artırmaq olar. Bu zaman 5%-ə qədər 50%-li şəkər şərbəti əlavə etsəniz, şirənin dadı yaxşılaşar. Məsələn, 1 l qarışıq şirə üçün 500 ml alma şirəsi, 450 ml yerkökü şirəsi və 50 ml şəkər şərbəti qarışdırılır.