Resept:Alma kiseli
Alma kiseli – Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də soyuq havalarda, müxtəlif məclislərdə, qonaq qəbul edildikdə və müalicə məqsədi üçün içilir.
Tərkibi
[redaktə]Bu içkidən 4 pay hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:
Alma – 180-240 q, şəkər – 100 q, kartof nişastası – 35 q, limon turşusu – 0,8 q, su – 740-760 ml.
Hazırlanma qaydası
[redaktə]Təmiz yuyulmuş almanı dilim-dilim doğrayıb, pıcalını çıxardın. Sonra üstünə isti su töküb 15-25 dəqiqə bişirin. Alma bişib yumşaldıqda ələkdən keçirin, Alma püresini qaynar qazandakı suya töküb, şəkər, limon turşusu əlavə edərək bir burum qaynadın. Axırda üzərinə soyuq suda qarışdırılmış nişasta əlavə edin və qaynayana qədər qızdırın. Hazır kiseli qablara töküb, soyuq yerdə saxlayın, səthi qurumasın deyə üstünə toz-şəkər səpin.