Məzmuna keç

Resept:Armud şirəsi

Vikikitab, açıq dünya üçün açıq kitablar

Armud şirəsi - Qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda, isti günlərdə susuzluğu yatırmaq üçün içilir.

Hazırlanma qaydası

[redaktə]

Şirə almaq üçün Bere Bosk, Berqamont, Klappın sevimlisi, Meşə gözəli, Sen-Jermen və digər ləti bərk olan adi armud sortlarından istifadə edilir. Armud şirəsi əsasən alma şirəsi kimi hazırlanır. Belə ki, armudlar yuyulur, zədəli hissələr və toxum kamerası kəsilib atılır, ətçəkən maşından keçirirlər. Kütləni sərin yerdə bir gün saxlayırlar. Bundan sonra şirəni sıxıb, 2 gün soyuq saxlayırlar ki, şirə şəffaflansın. Şirəni qalın parçadan kisəyə töküb süzür, çeçəni sıxır və alınmış şirəni 5 dəq. qaynadır, quru və təmiz bankalara töküb geremetik bağlayırlar. Qapağı üstə soyuayna qədər saxlayıb, qaranlıq və sərin yerə qoyurlar.

Şirə çox şirin olarsa, dadını xoşagələn məzəli etmək məqsədilə 20% turş alma şirəsi qatmaq məsləhət görülür. Saxlanılma zamanı armud şirəsində azacıq çöküntü ola bilər. Bu şirənin xarab olmasını göstərmir. Belə şirəni içərkən ehmalca üst hissəsini süzüb, qalan şirəni qalın parçadan süzmək lazımdır.