Resept:Böyürtkən şirəsi
Böyürtkən şirəsi – Qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda, isti günlərdə susuzluğu yatırmaq üçün içilir.
Hazırlanma qaydası
[redaktə]Şirə hazırlamaq üçün irigiləli, şirəli və tumu çox xırda olan böyürtkən götürülür. Böyürtkən əvvəlcə taxta həvənglə əzişdirilir, 42-45 °C temperatura kimi qözdırılır. 4-6 saat saxlanılır, əvvəlcə süzgəcdən süzülür, yerdə qalan cecə qalın parçadan tikilmiş kisəyə (torbaya) tökülüb, üzərinə ağıryük qoyulur. Kisədə qalan cecənin üzərinə qaynanmış su (1 kq meyvəyə 1 stəkan, yəni 200 qr.) əlavə edilir. Yaxşı-yaxşı qarışdırıldıqdan sonra 2-3 saat saxlanılır və yenidən sıxılıb süzülür.Əldə edilən şirələr qarışdırılır. 80-85 °C temperatura kimi qızdırılır.Bankalara tökməzdən əvvəl 4 qat tənzifdən süzülür.Yarım litirlik bankalar 12-15 dəqiqə, Litirlik bankaları 20 dəqiqə, üçlitrlik balonlar isə 30-35 dəq. qaynayan suda pasterizə edilir. Bankaları laklanmış tənəkə qapaqla germetik bağlayıb, qapağı üstə qoyulur və soyudulur. Qaranlıq və sərin yerdə bir ildən çox olmamaq şərtilə saxlanıla bilər.