Resept:Badımcan çığırtması
Ərzaqlar
[redaktə]Badımcan, Baş soğan, Kartof, Tomat pastası, Sarıkök, Duz, İstiot.
Hazırlanma qaydası
[redaktə]Badımcanı kubiklara kəsib, duzlayın və 0,5-1 saata saxlayın ki, badımcanın acılığı çıxsın. Badımcanı yuyun. Kartofu təmizləyib, kubiklara kəsin.
Baş soğanı təmizləyib həlqəvi doğrayın və orta alovda qızardın. Soğan "ölən kimi" sarıkök, duz və istiotu əlavə edin (ölü soğan o demıkdir ki, yumşalsın və yarışəffaf olsun). Sonra kartofu əlavə edin, kütləni yaxşı qarışdırın, 5 dəqiqə qovurun, sonra badımcanları əlavə edin. Yaxşı qarışdırın, 3-4 qaşıq su əlavə edib qabaqla bağlayın.
Bitki yağı lazım olsa əlavə edin. Badımcan sanki yağı "udur". Vaxtaşırı qarışdırın ki, dibi yanmasın. Kartofun bişməsini yoxlayın. Əgər bişməyibsə, yenə su əlavə edin.
Kartof yarı bişmiş olan kimi tomat pastasını əlavə edin (suda qarışılmış). Kütlənin bərkliyi orta olmalıdır – nə çox yumuşaq, nə dəki bərk. Qapağı örtüb qızardın, vaxtaşırı qarışdırın. Kartof bişən kimi yemək hazırdır.
Bu xörəyi plovla da, çörəklə də yemək olar. Yaxud ət tikəsinə qarnin kimi, ya da xıngala xuruş kimi.