Resept:Badımcan mürəbbəsi
Görünüş
Badımcan mürəbbəsi | |
---|---|
Kateqoriya: | Şərq şirniyyatı |
Porsiya: | 20 |
Enerji qiyməti: | 1000-2000 kkal. |
vaxt: | 2-3 saat |
Hazırlanma mürəkkəbliyi: |
Tərkibi
[redaktə]- Təmizlənmiş badımcan - 1 kq,
- şəkər - 1,5 kq,
- lumu turşusu - 1,5 q,
- vanilin - 0,5 q.
Hazırlanma qaydası
[redaktə]Mürəbbə bişirmək üçün 3-4 günlük xırda badımcanlar götürülür. Saplağı kəsilir, qabığı soyulur və 5-6 saat soda məhlulunda saxlanılır. Sonra badımcanlar yuyulur, bir neçə yerdən deşdəklənir, üzərinə qaynar şərbət tökülüb 8-10 saat saxlanılır. İkinci gün şərbət süzülür, qaynadılır və badımcanların üstünə tökülür. Üçüncü gün əməliyyat təkrar edilir və 6-8 dəqiqə badımcanlar şərbətdə bişirilir. 4-cü gün isə mürəbbə hazır olana kimi bişirilir, lumu turşusu və vanilin əlavə olunur.