Resept:Bakı vineqredi
Görünüş
Lazım olan ərzaqlar
[redaktə]- kartof 600 qr
- aşxana çuğunduru 20 qr və ya 4 ədəd
- yerkökü 2 ədəd
- duzlu xiyar 200 qr
- baş soğan 2 ədəd və ya göy soğan 200 qr
- şoraba kələm 200 qr
- qırmızı lobya 200 qr
- cəfəri 40 qr
- bitki yağı 4,5 xörək qaşığı
- duz və istiot
Hazırlanma qaydası
[redaktə]Bişirilib təmizlənmiş kartof, çuğundur, yerkökü, həmçinin duzlu xiyar kub şəkilində, soğan və göyərti isə xırda doğranır, kələmin suyu sıxılıb xırdalanır, bişmiş lobya, duz və istiot vurulur, qarışdırılır və duzuna baxılır. Sonra bitki yağı (qarğıdalı və yaxud günəbaxan) əlavə edilib yaxşı qarışdırılır və təpəcik şəkilində boşqaba yığılır.