Məzmuna keç

Resept:Balıq kababı

Vikikitab, açıq dünya üçün açıq kitablar

Tərkibi

[redaktə]
  • Balıq əti (Nərə balığı) – 500q.
  • Bitki yağı (ya xama – 10q) – 5q.
  • Baş soğan – 24q.
  • Göy soğan – 32q.
  • Pomidor – 100q.
  • Limon – 1/5 ədəd .
  • Narşərab – 5q.
  • Sumaq – 1q.
  • İstiot – 0,1q.
  • Duz – zövqə görə.

Hazırlanma qaydası

[redaktə]

Nərə balığı adi qaydada təmizlənir. 40-50 qramlıq tikələrə doğranılır, duz, istiot vurulur və üzərinə xama sürtülüb 7-10 dəqiqə manqalda qızardılır.

Süfrəyə verilməsi

[redaktə]

Hazır balıq kababının yanına təzə pomidor, doğranmış soğan və limon dilimləri qoyulur. Narşərab və sumaq süfrəyə ayrıca verilir.