Resept:Balıq qutabı
Görünüş
Balıq qutabı - Azərbaycan milli mətbəxinə aid yeməklərdən biri.
Balıq qutabı əsasən baliğın sümüksüz hisəsindən və ya filesindən istifadə olunur. Hazırlanma qaydası: Ələnmiş una su və duz qatılıb bərk xəmir yoğrulur, sonra 1 mm qalınlığında yayılır. Boşqab ölçüsündə dairələr kəsilir. Balıq əti maşından soğanla birlikdə çəkildikdən sonra içinə lavaşana və ya nar əlavə edilib qarışdırılır. Xəmirdən kəsilmiş dairələrin bir tərəfinə çəkilmiş balıq əti qoyulub o, biri tərəfi üstünə qatlanır, aypara şəkilinə salınır, kənarları bükülür və qızdırılmış tavada yağda qızardılır. Süfrəyə verilən zaman qutabın üstünə sumaq səpilir.
Lazım olan məmulatlar:
- 400 qr balıq əti
- 2 baş soğan
- 20 qr lavaşana və ya 40 qr nar
- 440 qr buğda unu,
- 100 qr yağ, sumaq, darçın, duz və istiot