Məzmuna keç

Resept:Bal tortu

Vikikitab, açıq dünya üçün açıq kitablar

Ərzaq

[redaktə]
  • Xəmir üçün 3 yumurta
  • 1,5 stəkan şəkər
  • 1,5 xörək qaşığı bal
  • 100 qr yağ
  • 3 stəkan un
  • 1 çay qaşığı soda.
  • Krem üçün 1 banka qatılaşdırılmış süd
  • 200 qr kərə yağ.

Hazırlanma qaydası

[redaktə]

Yumurta şəkərlə çalınır, bal və yumşaq kərə yağı əlavə edilib qarışdırıla – qarışdırıla 5 dəq odun üstündə vamla bişirilir. Oddan götürəndən sonra qarışdırmaya ara vermədən ona 1 çay qaşığı çay sodası və tədricən un əlavə olunur. Sonra xəmir 5 – 6 yerə ayrılıb (təxminən 2 xörək qaşığı) un tökülmüş taxta üstündə 0,5 sm qalınlığında yayılır və 6 – 8 dəqiqə duxovkada bişirilir. Hər layın üstünə krem çəkilib üst – üstə yığılır. Üst qata da krem çəkilib yaymalardan çıxmış ovuntu səpilir.

Krem hazırlamaq üçün ağzı açılmamış qatılaşdırılmış süd bankası su olan qazana qoyulub 2 ssat qaynadılır. Fikir vermək lazımdır ki, süd qabı həmişə suyun içində olsun, əks təqdirdə banka partlaya bilər. Sonra banka soyudulur və yaxşı çalınmış kərə yağı ilə qarışdırılmış krem hazırlanır.

Mənbə

[redaktə]