Resept:Balba
Görünüş
Balba — Qarabağ mətbəxinə aiddir. Laçın rayonunda məşhurdur. Müxtəlif göyərtilərdən və düyüdən ibarət şorbadır. Qatıqla da yeyilir, bu zaman dovğa ilə çox bənzəyir. Ağciyər, bronxial xəstəliklərin müalicəsində dəstəkçi kimi qəbul edilə bilər.
Tərifi
[redaktə]Soğan yağda qızardılır, üzərinə ət suyu əlavə edilir . Qaynara düşəndə 1 stəkan yumru düyü əlavə edilir. Düyü bişənə yaxın kəvər, şüyüd, cəfəri, dağ keşnişi, nanə doğranır, ət suyuna tökülür. Balba hazır olanda içərisinə zoğal axtası, istiot, duz tökülür. Yazda alça da tökmək olar.