Resept:Borş
Görünüş
Borş | |
---|---|
Kateqoriya: | Rusiya mətbəxi |
Porsiya: | 6 |
Enerji qiyməti: | 1000-1500 kkal. |
vaxt: | 30-40 dəq. |
Hazırlanma mürəkkəbliyi: |
Ərzaqlar
[redaktə]6 porsiya üçün nəzərdə tutulub
- 1 kq iri tikələrə bölünmüş sümüklü mal əti
- 5 xörək qaşığı kərə yağı və ya duru yağ
- 1 baş soğan
- 1 ədəd orta boy çuğundur (300 qr)
- 2 ədəd yerkökü (300 qr)
- 2 xörək qaşığı tomat
- 3-4 dəfnə yarpağı (rusca: lavroviy list)
- 1 ədəd orda boy kələm (700 qr)
- 3 ədər kartof
- 2 stəkan xırda-xırda doğranmış cəfəri
- zövgə görə duz
- zövgə görə istiot
Hazırlanması
[redaktə]- İri qazana mal ətini qoyub, üstünə təxminən 20 stəkan su töküb qaynadın. Tez-tez kəfini alın. Ət yumuşalanadək orta odda bişirin (ətin sərtliyindən asılı olaraq, ət 40 dəqiqəyə qədər bişə bilər). Ətin suyunu süzün ki, kəfdən təmizlənsin. Ət suyunu və əti qazana geri qoyun.
- Ətin bişdiyi müddət ərzində digər ərzaqları hazırlayın. Soğanı xırda-xırda doğrayın. Çuğundur və yerkökünü sürtkəcin iri dişindən keçirin. Kələmi nazik-nazik doğrayın (təxminən 4 stəkan alınmalıdır). Kartofları soyun və iri-iri dilimləyin.
- Tavada yağı qızdırın və soğanı bu yağda yumuşalanadək bişirin. Çuğundur və yerkökünü soğana əlavə edib, bərabər təxminən 10 dəqiqə ərzində, tərəvəzlər bir qədər yumuşalanadək bişirin. Sonra tomat, zövgə görə duz, istiot əlavə edib, təxminən 5 dəqiqə də bişirin.
- Bişən tərəvəzləri və dəfnə yarpağını ət suyu olan qazana əlavə edin. QEYD: Ət bişdiyi müddətcə suyun bir qismi buxarlanacaq, odur ki, əldə etdiyiniz ət suyu azdırsa, qazana bir az su əlavə edin. Qazanda təxminən 12 stəkan maye olmalıdır). Qazanı qaynadın, sonra içinə kələm, kartof və cəfərini əlavə edib, orta odda təxminən 25 dəqiqə ərzində, və yaxud kələm və kartof yumuşalanadək bişirin.
Süfrəyə verilməsi
[redaktə]Hazır borş nimçələrə töküblərək süfrəyə verilir. Borşun üstünə zövgə görə qatıq tökülüb yeyilir.