Məzmuna keç

Resept:Fərha-maxşi

Vikikitab, açıq dünya üçün açıq kitablar



Tərkibi

[redaktə]
  • ədviyyat (zirə, istiot, darçın, zərdəçal (kurkuma), hil, mixək, zəncəfil, qızılgül ləçəyi, muskat cevizi, xardal toxumu)
  • düyü
  • toyuq budları
  • kedr qozu
  • bal
  • zeytun yağı
  • göyərti
  • qırmızı şərab

Hazırlanması

[redaktə]

Ədviyyatın hərəsindən bir az götürülüb qarışdırılır. Su qaynadılır, ədviyyat və düyü qaynadılmış suya tökülüb bişirilir. Bişdikdən sonra süzülür. Zeytun yağında kedr qozu qovrulur. Qoz, xırda doğranmış göyərti, ədviyyat düyüyə əlavə edilir.

Toyuq budunun sümükləri çıxardılır. Balla zeytun yağı qarışdırılır. Toyuq budunun dəri olan hissəsi bu qarışığa batırılır, sonra üzərinə istiot səpilir. Düyü ətin üzərinə bərabər yayılır. Rulet kimi bükülür. Folqa ruletin üzərinə çəkilir.

200 dərəcədə 45 dəqiqə bişirilir. Bişdikdən sonra soyudulur; zeytun və kərə yağında qızılı rəng alana qədər qızardılır.