Məzmuna keç

Resept:Göbələk salatı (alma ilə)

Vikikitab, açıq dünya üçün açıq kitablar

Lazım olan ərzaqlar

[redaktə]
  • 200 qr pendir
  • 2 alma
  • 1 x.q limon suyu
  • Konservləşdirilmiş şampinion
  • 1 x.q kakos tozu
  • 1 stəkan xama
  • Portağal
  • Yarım çay qaşığı bal
  • Istiotlu qarışıq(qorçiça)

Hazırlanma qaydası

[redaktə]

Pendiri süzgəcdən keçirdirik. Almaların qabığını soyub limon suyunda saxlayırıq. Portağal və göbələkləri də alma ilə eyni ölçüdə doğrayıb qarışdırırıq, xama çəkirik. Bal ,limon suyu və istiotlu qarışığı(qorçiça) xama ilə qatıb yaxşıca çalırıq. Alınan sousumuzu da salatın üzərinə əlavə edirik. Ən sonda kakos tozunu salatın üzərinə əlavə edirik. İstəkdən asılı olaraq kakos tozunu,yumurta ağı ilə də əvəz etmək olar.

Mənbə

[redaktə]