Resept:Göbələk tarlası salatı
Görünüş
Göbələk tarlası — salat növü
Tərkibi
[redaktə]- 300 qr toyuq döş əti
- 3 yumurta
- 300 qr göbələk
- 2-3 ədəd kartof
- 1 baş soğan
- 60 qr rəndələnmiş pendir
- Mayonez
- Duz
Hazırlanması
[redaktə]Toyuğun döş əti, kartof və yumurta hazır olana qədər qaynadılır. Göbələk xırda doğranıb soğanla bərabər qızardılır, duzlanır. Salat qat-qat olacaqdır:
- 1-ci qat Qaynadılmış toyuq əti didilir, salat qabını içərisinə qoyulub üzərinə mayonez çəkilir.
- 2-ci qat Kartof rəndədən keçirilir,duzlanır və mayonez çəkilir.
- 3-cü qat Eyni qayda ilə yumurta da rəndədən keçirilir, duzlanır və mayonez çəkilir.
- 4-cü qat Qızardılmış göbələk.
- 5-ci qat Rəndələnmiş pendir.
Hazır salatın üzəri mayonezlə örtülür, konservləşdirilmiş göbələklər və göyərti ilə bəzədilir.