Resept:Göyəmli sarımsaq turşusu
Görünüş
Göyəmli sarımsaq turşusu | |||
---|---|---|---|
Kateqoriya: | Turşular | ||
Porsiya: | 10 | ||
Enerji qiyməti: | 100-80 kkal. | ||
vaxt: | 30 dəq. | ||
Hazırlanma mürəkkəbliyi: | |||
Lazımdır
[redaktə]- Sarımsaq – 500 q,
- göyəm – 500 q,
- dəfnə yarpağı – 3 ədəd,
- mixək – 5 əd.,
- ətirli istiot – 5 əd.,
- qara istiot – 5 əd., duz – 20 q,
- şərab sirkəsi – 400 q.
Hazırlanması
[redaktə]Sarımsaq dişləri soyulub təmizlənir. Bankanın dibinə ədviyyat qoyulur, əvvəlcə duz vurulmuş sarımsaq dilimləri, sonra göyəm yığılıb üstünə şərab sirkəsi tökülür. Bankanın qapağı hermetik bağlanıb sərin yerdə saxlanılır.