Resept:Göyərti qutabı

Vikikitab, açıq dünya üçün açıq kitablar

Tərkibi[redaktə]

  • 600 qr ispanaq,
  • 200 qr baş soğan,
  • 300 qr keşniş,
  • 60 qr pendir və ya quru şor,
  • 200 qr şüyüd,
  • 600 qr buğda unu,
  • 10 qr ərinmiş yağ,
  • 20 qr lavaşana, 200 qr qatıq, duz.

Hazırlanma qaydası[redaktə]

Göyərti yuyulur, doğrandıqdan sonra xırdalanmış pendir və ya şor, duz və istiot (zövqə görə) əlavə edilib qarışdırılır. Sonra ona yağda qızardılmış soğan əlavə edilir. Ələnmiş una su, duz qatılıb bərk xəmir yoğrulur, kündələrə ayrılır və yuxa yayılır. Göyərti yuxanın bir tərəfinə qoyulur, o biri tərəfi isə üstünə qatlanır, aypara şəkilində bükülür və hər iki üzü tavada qızardılır.

Süfrəyə verilməsi[redaktə]

Süfrəyə verilən zaman qutabın üstünə yağ çəkilir və ayrıca olaraq yanında qatıq verilir.