Resept:Gülablı qovut
Görünüş
Ərzaqlar
[redaktə]- 50 qram qovrulmuş buğda;
- 30 qram qoz ləpəsi;
- 10 ml gülab;
- 30 qram şəkər;
- 0,5 qram zəfəran, darçın, keşniş toxumu.
Hazırlanması
[redaktə]Şəkərdən şərbət hazırlayıb soyudursuz. Zəfəran şirəsi, gülab əlavə edib, qovrulmuş buğdanı qəhvəüyüdən maşında üyüdüb, qoz ləpəsi və darçın, keşniş toxumu qatıb hamısını birlikdə yaxşıca qarışdırırsız. Alınmış kütlədən kökə şəklində formalar düzəldib, üzərinə naxışlar vurursuz.