Məzmuna keç

Resept:Günəbaxan salatı

Vikikitab, açıq dünya üçün açıq kitablar

Ərzaqlar

[redaktə]
  • 200 qram toyuğun döş əti;
  • 200 qram şampinyon göbələyi;
  • 3 ədəd yumurta;
  • 100 qram pendir;
  • 3 ədəd yumurtanın sarısı;
  • Tumsuz zeytun;
  • Çipsi.

Hazırlanma qaydası

[redaktə]

Toyuğu suda bişirib, şampinyonları yağda qızardın. Bişmiş yumurtaları və pendiri sürtkəcin iri gözündən keçirin. Hazırladığınız ərzaqları aşağıda verilən ardıcıllıqla salat qabına lay-lay düzüb hər layın arasına mayonez sürtün:

1. Didilmiş toyuq əti, mayonez
2. Qızardılmış şampinyon, mayonez
3. Sürtkəcin iri gözündən keçirilmiş yumurta, mayonez
4. Sürtkəcin iri gözündən keçirilmiş pendir, mayonez
5. Yumurtanın sarısını əlinizlə ovun. Bu layın üzərindən mayonez sürtməyin.

Zeytunları 4 hissəyə bölüb, salatın üstünə düzün. Sonra salatı soyuducuya yerləşdirib, 12 saat ərzində orada saxlayın. Salatı süfrəyə verərkən qabın kənarlarına çipsiləri elə düzün ki, günəbaxanın formasını alsın. Salatın ortasına ovulmuş yumurtanın sarısını səpin.

Mənbə

[redaktə]