Məzmuna keç

Resept:Hünkar bəyəndi

Vikikitab, açıq dünya üçün açıq kitablar

Tərkibi

[redaktə]

1 kilo xırda doğranmış ət, 1 stəkanı rəndələnmiş pendir, 3 su stəkanı süd, 4 yemək qaşığı un, 2 ədəd soğan, 4 ədəd badımcan, 2 ədəd pomidor, 5 yemək qaşığı yağ, duz, limon.

Hazırlanması

[redaktə]

Badımcanları közləyib qabıdan ayırd edin. Bir müddət limonlu, unlu (1 şorba qaşığı un) su içində saxlayın. Ətləri aşağı odda bişirin. Yağını əlavə edib soğan və pomidor ilə birgə qovurun.

Bəyəndi etmək üçün 2 yemək qaşığı yağda 3 yemək qaşığı unu çəhrayılaşana qədər qovurun. içinə 3 stəkan südü yavaş yavaş tökün. Suda gözləyən badımcanları çəngəllə əzib əlavə edin. Rəndələnmiş pendiri də qatıb qarışdıraraq bişirin. Bəyəndi üzərinə ətləri qoyub süfrəyə verin.

Mənbə

[redaktə]