Məzmuna keç

Resept:Heyva mürəbbəsi

Vikikitab, açıq dünya üçün açıq kitablar

Tərkibi

[redaktə]
  • Təmizlənib doğranmış heyva - 1 kq,
  • şəkər - 1,2 kq.

Hazırlanma qaydası

[redaktə]

Heyva təmizlənir, 2 sm qalınlığında dilimlərə doğranır və qaynar suda 10-15 dəq. pörtülür. Sonra heyva dilimlərinin üzərinə qaynar şərbət əlavə edilir. Şərbəti heyva pörtülmüş su ilə hazırlayırlar. Mürəbə arada 8-10 dəq. qaynadılıb 8 saat saxlanılmaq şərti ilə 3-4 dəfəyə bişirilir.