Resept:Heyvalı toyuq
Görünüş
Ərzaqlar
[redaktə]6 porsiya üçün:
- 4 ədəd heyva
- 6 qaşıq duru yağ
- 10 ədəd quru gavalı
- 1.5 kq toyuq əti
- 1 ədəd soğan
- 0.5 stəkan suda həll olunmuş 2 xörək qaşığı tomat
- 2 çay qaşığı zəfəran
- Zövqə görə duz, istiot
Hazırlanma qaydası
[redaktə]Zəfəranı toz halına gətirib, isti suda həll edin. Sonra heyvanı dilimləyib, tavada onları 5 dəqiqə ərzində qızardın.Üzərinə dəmlənmiş zəfəranı əlavə edib yenidən bişirin. Sonra toyuğu tavada qızardıb üzərinə soğanı əlavə edib 10 dəqiqə ərzində birlikdə bişirin. Üzərinə suda həll olunmuş tomat pastasını tökün. Sonda toyuğa heyvaları və quru gavalını əlavə edib zövqə görə duz və istiot vurun. Vam odda qapağı örtülü halda, toyuq və heyva yumuşalana qədər bişirin.