Məzmuna keç

Resept:Heyvalı və zəfəranlı toyuq

Vikikitab, açıq dünya üçün açıq kitablar

Heyvalı və zəfəranlı toyuq — Yemək növlərindən biri.

Ərzaqlar

[redaktə]

6 porsiya üçün:

  • təxminən 1 kq çəkili 4 ədəd orta boy heyva;
  • 6 qaşıq duru yağ;
  • 2 çay qaşığı zəfəran teli;
  • 1,5 kq kiçik parçalara bölünmüş sümüksüz toyuq əti;
  • 1 ədəd doğranmış orda boy baş soğan;
  • 0,5 stəkan suda həll olunmuş 2 xörək qaşığı tomat;
  • 10 ədəd quru gavalı;
  • zövqə görə duz;
  • zövqə görə istiot.

Hazırlanma qaydası

[redaktə]
  1. Zəfəran telləri həvəngdəstə vasitəsiylə döyülürək toz halına gətirilir. Həmin tozdan 1-2 xörək qaşığı qədər isti suda həll edilir.
  2. Heyvanın qabığı soyulmadan dilimlənir. Həmin dilimlər orta qalınlıqda olmalıdır.
  3. Tavada yağı qızdırın və heyvaları əlavə edib arada qarışdıraraq təxminən 5 dəqiqə ərzində qızardın. Sonra zəfəran dəmini əlavə edib 5 dəqiqə də bişirin. Arada qarışdırın ki, heyva zəfəranı çəksin. Kənara qoyun.
  4. İri tavada qalan yağı qızdırın və toyuğu əlavə edərək təxminən 5 dəqiqə ərzində bişirin.
  5. Sonra bu tavaya soğanı əlavə edin və birlikdə 6-7 dəqiqə bişirin. Toyuq sulanmağa başlayanda, suda həll olunmuş tomatı əlavə edin. 10-15 dəqiqə, tavanın suyu çəkilib bir qədər qatılaşana qədər bişirin. Bu mərhələdə toyuq hardasa bişmiş, amma tamamilə bişmiş olmamalıdır.
  6. Toyuğa heyvaları və quru gavalını əlavə edin. Zövqə görə duz və istiot vurun. Vam odda, qapağı örtülü, toyuq və heyva yumuşalana qədər (heyva diri qalmalıdır) bişirin.

Mənbə

[redaktə]