Məzmuna keç

Resept:Kəlləpaça

Vikikitab, açıq dünya üçün açıq kitablar

Ərzaqlar

[redaktə]
  • 500 qr qoyun kəlləsi,
  • 300 qr qoyun ayaqları,
  • 100 qr qarın,
  • 5 qr sarımsaq,
  • 15 qr üzüm sirkəsi

Qeyd: Kəlləpaça bişirilən zaman duz vurulmur, o ayrıca süfrəyə verilir. Bəzən isə qarın ayrıca bişirilir.

Hazırlanma qaydası

[redaktə]

Qoyunun başı və ayaqaları ocaqda ütülür, bıçaqla qaşınır, isti-isti dırnaqları çıxarılır. Bəzən tükləri isti su ilə təmizlənir. Sonra dəmir şişlər ocaqda möhkəm qızdırılır, qalan tüklər də ütülür. Bundan sonra ilıq suda bıçaqla qaşınaraq təmiz yuyulur. Çapacaqla ayayqlaq 2 – 3 yerə bölünür və dırnaqların arası yarılaraq, içəridə olan hissə çıxarılıb, atılır. Baş 2 hissəyə alt və üst çənəyə ayrılır. Kəllər sümüyü çapacaqla bölünüb içindən beyin çıxarılır, yuyulub qazana qoyulur.

Qarın yuyulub təmziləndikdən sonra 4-5 yerə bölünür. Hər hissə qaynaq suya salınıb bıçaqla qaşınır. Parçaların hamısını birdən isti suya salmaq olmaz, çünki isti suda çox qalanda üstündəki kəpəklər getmir. Təmizlənmiş qarın 4-5 sm böyüklükdə doğranıb kəllə olan qazana salınır və odun üstünə qoyulur. Qaynadıqca kəfi alınır və duz tökülmür. Bişdikdən sonra iri sümüklər çıxarılır. İri ət parçaları doğranır, yenə ocağa qoyulub, bişirilir.

Süfrəyə verilməsi

[redaktə]

Süfrəyə verilən zaman boşqaba bişmiş ət qoulur, üstünə bulyon tökülür və ayrıca olaraq xörəyin yanında sarımsaqlı sirkə verilir.

Mənbə

[redaktə]

Həmçinin bax

[redaktə]
[[b:{{{b}}}|   ]]

Vikipediyada Kəlləpaça ilə əlaqəli məqalə var.