Məzmuna keç

Resept:Kəsmikli-limonlu peçenye

Vikikitab, açıq dünya üçün açıq kitablar

Bu peçenye çox asan və tez hazırlanır.

Lazım olan məhsullar: - Kəsmik - 250 qr - Şəkər tozu - 100 qr - Yumurta - 2 dənə - Bal - 1 xörək qaşığı - Kərə yağı - 100 qr - Un - 1 stəkan - Qabartma tozu - 1 çay qaşığı - 1/2 limon sedrası (qabığı)

Hazırlanması: 1. Kəsmik blenderlə əzilir, sonra yumurta, şəkər tozu əlavə olunur və blenderlə yaxşı qarışdırırlır. 2. Kütləyə ilıq (isti olmamalıdır) kərə yağı, bal, sürtgəcdən keçirilmiş 1/2 limonun sedrası əlavə olunur və qarışdırılır. 3. Ayrı qabda un qabartma tozu ilə qarışdırılır və yağlı-kəsmikli kütləyə əlavə olunur. Xəmir yoğrulur. Xəmir yumşaq və yüngül alınır. 4. Xəmirdən xırda kürəciklər düzəldilir və perqament (və ya xüsusi kağız) sərilmiş tavaya düzülür. 5. Sobanı əvvəlcədən 180-2000C kimi qızdırıb peçenyeni 15-20 dəqiqə ərzində bişiririk. 6. Peçenye soyuyandan sonra üzərinə şəkər kirşanı tökürük.

Mənbə:saglamolun.az