Məzmuna keç

Resept:Kəsmikli-meyvəli biskvit

Vikikitab, açıq dünya üçün açıq kitablar

Tərkibi

[redaktə]

Biskvit üçün

[redaktə]
  • 8 yumurta
  • 8 çay qaşığı un
  • 0,5 st. şəkər tozu
  • azca duz

Bəzək və yumşaqlıq üçün

[redaktə]
  • 0,75 litr qaymaq 35% li
  • 5 x.q. şəkər tozu

Üstü üçün

[redaktə]
  • 500 qr kəsmik
  • 3 x.q şəkər
  • 1 ç.q. jelatin
  • 60 qr çiyələk soku
  • meyvələr(1 kivi,1 banan,1 şaftalı,30 toxumsuz kiş-miş)

Hazırlanması

[redaktə]

Biskvit bişirilən qab yağlanır və yapışmaması üçün üzərinə un səpilir. Xəmir üçün əvvəlcə yumrutaların sarısı şəkərlə çırpılır. Sonra Yumrtaların ağları da ayrı bir qabda köpüklənənə qədər çırpılır və üzərinə əvvəlki qarışım və un əlavə edilib yenə çırpılır. Əldə edilən xəmir hazırladığınız qaba tökülüb 180 dərəcədə 20-25 dəqiqə bişirilir. Soyuduqdan sonra biskvit 2 və ya 3 hissəyə ayrılır. Çiyələk soku ilə azca nəmləndirilir. Bu arada biskvitin arası üçün krem hazırlanır. Şəkər tozu və qaymaq krem halına gələnə qədər çırpılır. Biskvitin birinci kəsiyinə krem yaxılır, meyvə dilimləri ilə bəzədilir, sonrakı biskvit kəsiyinin hər iki tərəfi kremlənir və birinci biskvitin üzərinə qoyulur. Üstünü bəzəmək üçün əvvəlcə meyvə dilimləri qoyulur, sonra çiyələk sokunda əridilmiş jelatin tökülür.

Mənbə

[redaktə]