Məzmuna keç

Resept:Kəsmikli böyürtkən şirniyyatı

Vikikitab, açıq dünya üçün açıq kitablar

Tərkibi

[redaktə]
  • 400 qr kəsmik
  • 1,5 xörək qaşığı kərə yağı
  • 2 xörək qaşığı manna yarması
  • 1 ədəd yumurta
  • 300 qr böyürtkən
  • 2 xörək qaşığı qəhvəyi şəkər tozu

Hazırlanması

[redaktə]

Kəsmiyi ələkdən keçirdikdən sonra üzərinə 1 xörək qaşığı kərə yağı əlavə edin, həmçinin yumurta, manna yarması və şəkər tozu da qatılmalıdır. Mikserlə tam qarışım əldə olunana qədər çalınmalıdır. İki hissəyə bölünür. Bişirəcəyiniz formanı qalan yağla yağlayın və kəsmiyin bir hissəsini bura tökün. Giləmeyvələrin bəzilərini bəzəmək üçün saxlaya bilərsiniz, qalan hissəsini isə bu qarışıma əlavə edin. 180°С dərəcəyə qədər qızıdırılmış peçin içərisinə qoyun. Bişərkən üzərinə qəhvəyi rəngdə olan şəkər tozunun tökülməsi məsləhətlidir. 30 – 35 dəqiqə peçdə bişməlidir. Süfrəyə verməzdən əvvəl böyürtkənlərlə bəzəyin. Həmçinin smetan və digər sevdiyiniz meyvə sirpoları ilə də zənginləşdirə bilərsiniz.

Mənbə

[redaktə]