Resept:Kəsmikli piroq
Görünüş
Kəsmikli piroq | |
---|---|
Kateqoriya: | Milli mətbəxlər |
Porsiya: | 6 |
Enerji qiyməti: | 1000-1200 kkal. |
vaxt: | 2 saat |
Hazırlanma mürəkkəbliyi: |
Tərkibi
[redaktə]- 3 yumurta
- 100 qram kərə yağı
- 1 st. un
- 1 st. şəkər
- qabartma tozu
Kəsmikli krem üçün
[redaktə]- 1 kq kəsmik (yağlılığı 9-18%)
- 3 ədəd yumurta
- 0.5 st. şəkər tozu
- vanil
- 0.5 st. xama
- 1 limonun qabığı (sedra)
- 0,5 limonun şirəsi
Hazırlanma qaydası
[redaktə]Xəmir hazırlanaraq sobada bişirilir. Sonra sobadan çıxarıb soyumaq üçün kənara qoyun.
krem hazırlamaq üçün
Limonu yuyub qurulayın və qabığını soyun. Limonun qabığını sürtkəcin nazik gözündən keçirin. Yarım limonun suyunu sıxın.
Kəsmiyi blenderdən keçirib üzərinə şəkər tozu və vanil şəkəri əlavə edin. Kəsmikli qarışığı mikserlə qarışdırıb, üzərinə sürtkəcdən keçirilmiş limon qabığı (sedrası), limon suyu tökün və qarışdırın. Sonra 4 yumurta və qaymaq əlavə edib qarışdırın.
Hazırladığınız kəsmikli kremi forma qabındakı korjun üzərinə töküb bərabər şəkildə yayın. Kəsmikli piroqu sobada 15 dəq. bişirin. Hazır piroqu sobadan çıxarıb, soyumaq üçün kənara qoyun.