Məzmuna keç

Resept:Kamal paşa şirniyyatı

Vikikitab, açıq dünya üçün açıq kitablar
Gulab jamun
Gulab jamun Varanasi
Kamal paşa şirini

Kamal paşa şirini,Gülab jamun (Hind dili:गुलाब जामुन )(Urdu dili: گلاب جامن), Bursanın Mustafakamalpaşa məhəlləsində idtehsal olunan və köhnə adı Kirmastı olan Mustafa kamal paşa mahalına aid bir şirniyyat növüdür.

Hələ də on beş müəssisədə gündə 1 milyon ədəd çatan istehsal miqdarlarına çatmaqdadır. Ramazan aylarında istehlak artmaqdadır. 25 (Böyük boy) və 50 (Kiçik boy) ədədlik paketlərdə satılmaqdadır.

Xüsusiyyəti

[redaktə]

Əsli Mustafa Kamal paşa pendir şirini olan və məşhur adıyla Kamal paşa şirini olaraq bilinən şirin mahalda gündəlik çıxarılar və təzə olaraq satılır. Mahal xaricində isə rəf ömürünün qısalığı səbəbiylə pendir nisbəti aşağı və qurudulmuş şirniyyat satışı edilməkdədir.

Quruluşu

[redaktə]

Süd, nəhəng qazanlarda pasterizə edilməkdə və pendirə çevrilməkdədir. Təxminən 1 ton süddən, 160 kq. şirniyyat pendiri əldə edilməkdədir. Qazanlarda bu pendir , un , manna yarması və yumurta ilə xəmir halına gətirilərək, Kamal paşa şirniyyatı şəklində kəsilməkdə və 320 dərəcəlik sobalarda, 17 dəqiqə bişirilməkdədir. Soba sonrası soyuyan şirniyyatlar, istifadəyə hazır hala gəlməkdədir.

Hazırlanması

[redaktə]

Şirniyyat, qaynayan şəkərli suya atılaraq, şişməsi təmin edilər və şərbətin içində soyudular. Süzülərək nimçələrə düzülən Kamal paşa şirniyyatı qoz, fındıq,püstə hətta dondurma ilə yeyilə bilər.