Məzmuna keç

Resept:Kartof küftəsi

Vikikitab, açıq dünya üçün açıq kitablar

Lazım olan ərzaqlar

[redaktə]
  • 6 orta böyüklükdə kartof
  • 3 yumurta (1 dənəsi küftənin içinə, 2 dənəsi küftəni qızardanda istifadə olunur)
  • 5 kibrit qutusu qədər pendir (150 qr.)
  • yarım dəstə cəfəri
  • 2-3 şorba qaşığı un, galeta unu
  • qızartmaq üçün bir stəkan zeytun yağı və ya günəbaxan yağı
  • duz və istiot

Hazırlanması

[redaktə]

Kartoflar yuyulur, qaynadılıb soyulur və rəndələnir. Yumurta böyüklüyündə parçalara ayrılıb, ovuc içində qayıq kimi açılır. İçinə pendir cəfəri qarışığı qatılır. Yavaşca sıxılıb forma verilir. Əvvəl una sonra çəngəllə çırpılmış yumurtaya və galeta ununa batırılıb qızğın yağda qızardılır. Yağını almaq üçün salfetin üzərinə qoyulur.

Qeyd: Pendir yerinə qıymalı iç də qoyula bilər. (qıyma, soğan, cəfəri, duz, istiot qarışığı.)