Məzmuna keç

Resept:Kartof kababı

Vikikitab, açıq dünya üçün açıq kitablar

Tərkibi

[redaktə]
  • Kartof - 350q
  • qoyun quyruğu - 60q
  • göy soğan - 40q
  • cəfəri - 10q
  • duz
  • istiot

Hazırlanma qaydaları

[redaktə]
  • Kartof soyulur, iriləri 40-50 qram çəkidə doğranır və qaynar duzlu suda pörtülür (15020 saniyə). Qoyun quyruğu 15-20 qram çəkidə doğranır, növbə ilə kartofla şişə taxılır və manqalda qızardılır. Hazır kababın üstünə göyərti səpilir.
  • Orta ölçüıü kartof qabıqlı halda təmiz yuyulur. Çənqəl vasitəsilə bir neçə yerdən deşilir. Deşiklənmiş kartoflar şişə çəkilir və üzərinə duz səpilir. Zövqə görə kartofların arasına xırda tikələrlə qoyun quyruğu da taxıla bilər. Sonra hazır şişlər köz üzərində bişirilir.