Resept:Kartof kotleti
Görünüş
Lazım olan ərzaqlar
[redaktə]- 1 kq kartof;
- 1 ç/q duz;
- 40 q kərə yağı;
- 35 q buğda unu;
- 2 ədəd yumurta;
- 30 ml bitki yağı.
Hazırlanması
[redaktə]Kartofu təmizləyib duzlu suda yumşalanadək bişirin. Suyunu süzüb kərə yağı əlavə edin və yaxşıca əzin. Sonra yumurta və unu da qatıb qarışdırın. Alınmış kütlədən kotletlər hazırlayın. Yağ tökülmüş qaynar tavada qızılı rəng alanadək qızardın. Kotletləri xama, göbələk sousu, tərəvəz salatı ilə birlikdə, həmçinin ət, balıq yeməklərinə qarnir kimi vermək olar.