Məzmuna keç

Resept:Kişmişli və qozlu piroq

Vikikitab, açıq dünya üçün açıq kitablar

Ərzaqlar

[redaktə]
  • 200 q yağ
  • 200 q xama
  • 2 stəkan su
  • 0,75 stəkan qoz
  • 1 stəkan kişmiş
  • 1 ədəd yumurta
  • 1,5 stəkan şəkər
  • Vanil

Hazırlanması

[redaktə]

Kişmişi yuyub şişənədək suda saxlayın. Sonra süzüb qurudun. Qaba 2stəkan un, 200q yağ, 200 q xama və soda töküb xəmir yoğurun. Xəmiri iki hissəyə bölün. Kişmiş, şəkər, qoz, yumurta və vanili bir yerdə qarışdırın. Xəmirləri yayın. Birinci laya içlik səpib ikinci layı üstünə qoyun və qıraqlarını birləşdirin. Üzərinə çalınmış yumurta sürtün. 225 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin. Soyuyandan sonra piroqu romb və ya kvadrat formasında kəsin.

225 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin.

Mənbə

[redaktə]