Resept:Kofe və fıstıqlı tort
Bu reseptdə krem, kofeli biskvit və yunan fıstığı əsas yer tutur.
Tərkibi
[redaktə]225 qr duzsuz yağ, yumşaldılmış, 225 qr şəkər tozu, 4 yumurta, 3 xörək qaşığı südlü kofe (yaxud 2 xörək qaşığı quru kofenin 1 xörək qaşığı su ilə qatışımı), 225 qr un, 1 çay qaşığı soda, 75 qr yunan fıstığı, 25 qr fıstıq bəzəmək üçün.
Kofeli kremin tərkibi
[redaktə]150 qr şəkər tozu, 3 yumurtanın sarısı, 225 qr duzsuz yağ, 2 xörək qaşığı südlü kofe (yaxud 2 xörək qaşığı quru kofenin 1 xörək qaşığı su ilə qatışımı),
Hazırlanması
[redaktə]Peçinizi 180°С qədər qızdırın. Bişirmək üçün nəzərdə tutduğunuz qabı yağlayın, üzərinə kalka kağızı yerləşdirməyi unutmayın. Yağı mikserin köməkliyi ilə tamam açın, onun tam yumşalmış və ərimiz forması əldə olunduqdan sonra şəkər tozu qatıb yenidən qarışdırın. Bu zaman yağ daha da qabarıq olacaqdır. Üzərinə yumurta əlavə edin, qeyd edək ki, hər məhsulu əlavə etdikdən sonra yaxşıca qarışdırmağı unutmayın. Bu qarışıma kofe də əlavə edin, yaxşıca qarışdırıb, ununu tökün, həmçinin soda və fıstıqlarını da əlavə edə bilərsiniz. Bu zaman qarışımı yavaşca və tam qatışana qədər qarışdırın. Bişmək üçün nəzərdə tutduğunuz formanın içinə tökün və peçə qoyaraq 23 – 28 dəqiqə bişməsini gözləyin. Peçdən çıxartdıqdan sonra 15 dəqiqə soyumasını gözləyin. Bu vaxt ərzində kremi hazırlamaq üçün 100 qr şəkər tozu və 10 ml suyu qarışdırın, o vaxta qədər ki, şəkər tozu suda yam həll olunsun. Onu odun üzərinə qoyub məhlul forması alana qədər qızdırın. Temperatutun 108°C dərəcə olması kifayət edir.
Bütün bunlardan sonra yumurta sarılarını şəkər tozu ilə qarışdırın, lakin onların açıq rəngə çalması və şişməsinə ehtiyac yoxdur. Əldə olunmuş şəkər siropunu yumrta qarışımın içinə tökün. Onları bir – birinə qatışanadək çoxluca qarışdırın. Digər bir qabda isə yumşalmış yağla kremi çalın və aram – aram bu məhlulu içinə əlavə etməyə başlayın. Biskvitlərdən birinin ortasını kəsin və yuxarı hissəsinə adi krem çəkərək, alt qatlarına kofedən hazırlanmış kremi çəkməyə başlayın. Süfrəyə verməzdən əvvəl fıstıqla da yaxşıca bəzəyin. 12 pors üçün nəzərdə tutulmuşdur.