Resept:Lülə kabab
Görünüş
Lülə kabab | |
---|---|
Kateqoriya: | Azərbaycan mətbəxi |
Porsiya: | 2 |
Enerji qiyməti: | 1500 kkal |
vaxt: | 1 saat |
Hazırlanma mürəkkəbliyi: |
Tərkibi
[redaktə]- Qoyun əti - 330 q,
- quyruq yağı - 20q,
- baş soğan - 20q,
- göy soğan 40q,
- cəfəri və reyhan - 15q,
- buğda unu - 45q,
- sumaq - 3q,
- duz, istiot.
Hazırlanma qaydası
[redaktə]Qoyun ətinin yumşaq hissəsi soğanla birlikdə ətçəkən maşından keçirilir, istiot və duz vurularaq yaxşıca qarışdırılır. Qiymə əvvəlcədən soyumaq üçün soyuducuya qoyulur. Qiymə bir qədər enli şişlərdə uzunsov kotlet formasına salınır. Lüləkabab manqalda közərmiş kömür üzərində qızardılır. Lüləkabab süfrəyə verildikdə lavaşın içinə qoyulur. Lavaş hazırlamaq üçün mayasız bərk xəmir 1 mm qalınlığında yayılır və hər iki üzü yağsız tavada bişirilir.
Süfrəyə verilməsi
[redaktə]Lüləkababın yanına halqavari doğranmış baş soğan, sumaq, yaxud şişdə qızardılmış pomidor və badımcan verilir.