Məzmuna keç

Resept:Mərsin kiseli

Vikikitab, açıq dünya üçün açıq kitablar

Mərsin kiseliAzərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də soyuq havalarda, müxtəlif məclislərdə, qonaq qəbul edildikdə və müalicə məqsədi üçün içilir.

Tərkibi

[redaktə]

Bu içkidən 4 pay hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:

Hazırlanma qaydası

[redaktə]

Mərsin giləmeyvəsi təmizlənir, yuyulur və ağac döyəclə, çini və ya emalı qabda əzilərək, şirəsi stəkana tökülüb, soyuq yerə qoyulur. Cecənin üzərinə su tökərək 4-6 dəqiqə qaynadılır və süzülür. Alınmış məhlula şəkər əlavə edilir, qaynayana qədər qızdırılır və kəfi alınır. Kartof nişastası soyuq su ilə qarışdıraraq, daim qarışdırmaq şərtilə qaynar kütləyə əlavə edilir. Sonra ona mərsin şirəsini qatıb, qaynayana qədər qızdırmaq lazımdır. Hazır kisel stəkanlara və ya formalara tökülərək, soyuq yerdə saxlanılır.

Nişasta soyuq mərsin şirəsi ilə qarışdırılaraq, qaynar kütləyə əlavə edilə bilər. Kiselin səthi qurumasın deyə üstünə toz-şəkər səpilir.