Resept:Mal əti, makaron və göbələkli raqu
Görünüş
Ərzaqlar
[redaktə]- 300 q. mal əti
- 200 q. makaron
- 2 diş sarımsaq
- 20ml. bitki yağı
- 200 q. göbələk
- 20 q. kərə yağı
- 1 ədəd pomidor
- 100 q. pendir
- Cəfəri
- Zövqə görə duz, istiot
Hazırlanma qaydası
[redaktə]Əvvəl mal ətini və sarımsağı xırda-xırda doğrayın. Sonra göbələkləri çox da böyük olmayan hissələrə ayırın. Pendir və pomidoru dilimləyin. Makaronu duzlu suda bişirib, kərə yağı vurun. Göbələk və mal ətini bitki yağında qızardın, zövgə görə duzlayıb istiotlayın. Sonra üzərinə azca su əlavə edib 6-7 dəqiqə qaynadın. Raqunu boşqaba qoyub istiotlayın, üzərinə cəfəri, pendir dilimləri töküb bəzəyin, sonda süfrəyə verin.