Resept:Manna yarması ilə zərif piroq

Vikikitab, açıq dünya üçün açıq kitablar

Manna yarması şirniyyatların hazırlanmasında tez-tez istifadə olunur. Manna yarması xəmiri çox yumşaq və zərif edir.

Lazım olan məhsullar: - Manna yarması - 1 stəkan - Qatıq - 1 stəkan - Şəkər tozu - 1 stəkan - Soda - 1/2 çay qaşığı - Yumurta - 2 dənə - Kərə yağı - 60 qr - Kakao - 2 ç.q - Vanilin - 1 bağlama - Kişmiş - zövqə görə - Şəkər kirşanı (piroqun üzərinə səpmək üçün)

Hazırlanması: 1. Manna yarmasını qaba tökün, üzərinə 1 stəkan qatıq tökün (ev temperaturunda olmalıdır) və 40 dəqiqə ərzində saxlayın ki, manna şişsin. 2. Yumurtanı şəkər tozu ilə yaxşı çalın, yumşalmış kərə yağı və vanilin əlavə edib qarışdırın. 3. 40 dəqiqə keçdikdən sonra mannanı qatıqla yumurtalı-şəkərli kütlə ilə yaxşı qarışdırın və limon şirəsi ilə söndürülmüş soda əlavə edib yenə yaxşı qarışdırın. 4. Xəmiri 2 hissəyə bölün. Birinə kakao, digərinə kişmiş əlavə edib qarışdırın. Kişmişi əvvəlcədən yaxşı yuyun, üzərinə qaynar su tökün ki, yumşalsın və kağız dəsmalın üzərinə töküb qurudun. 5. Formaya perqament və ya digər şirniyyat bişirmək üçün istifadə olunan kağız sərin və əvvəl kakao ilə olan xəmiri, üzərinə isə kişmişli xəmiri tökün. 6. Piroqu əvvəlcədən 1800 C kimi qızdırılmış sobada 35-40 dəqiqə ərzində bişirin. 7. Piroq soyuyandan sonra üzərinə şəkər kirşanı səpin və ya zövqə gözə giləmeyvələrlə, şokoladla, qozla və s. bəzəyin.

Mənbə:saglamolun.az