Məzmuna keç

Resept:Manqal salatı

Vikikitab, açıq dünya üçün açıq kitablar

Tərkibi

[redaktə]
  • 1 kq pomidor
  • 1 kq körpə badımcan
  • 5 ədəd acı bibər
  • 2 ədəd soğan
  • 2 dəstə ağ reyhan

Hazırlanması

[redaktə]

Pomidor, badımcan və bibər yuyulur. Şişə keçirilir və manqalda hər iki tərəfi bişirilir. Manqal yoxdursa ev şəraitində, sobada bişirilə bilər. Soyuduqdan sonra qabıqları soyulur. Soğan və ağ reyhan xırda doğranılıb əlavə edilir. Zövqə görə duz və istiot vurularaq süfrəyə verilir.

  • Qeyd: Yay vaxtı kababla yemək daha məsləhətlidir.