Resept:Meyvəli dondurma
Görünüş
Meyvəli dondurma | |||
---|---|---|---|
Kateqoriya: | Dondurmalar | ||
Porsiya: | 3 | ||
Enerji qiyməti: | 500-560 kkal. | ||
vaxt: | 2-3 saat | ||
Hazırlanma mürəkkəbliyi: | |||
Lazım olan ərzaqlar
[redaktə]- 100 qram istənilən meyvə (kompotdan çıxarılmış da olar),
- vanilin,
- 250 qram süd,
- yarım çay qaşığı nişasta,
- 1 ymurtanın sarısı,
- 1 çay qaşığı şəkər,
- 50 qram portağal şirəsi,
- 3 xörək qaşığı limon şirəsi,
- 1 xörək qaşığı püstə.
Hazırlanma qaydası
[redaktə]Çəyirdəksiz meyvələr blenderdə xırdalanır. Sonra meyvə püresinin üzərinə süd əlavə edilərək, qaynadılır. Nişasta 1 xörək qaşığı suda həll edilərək, isti-isti meyvəli südlü qarışığın içərisinə əlavə olunur və qaynadılır. Qarışıq otaq temperaturuna qədər soyudulur. Yumurta sarısı şəkərlə çalınır, sonra südlü qarışıq apelsin və limon şirəs ilə birgə onun üzərinə əlavə olunur. Alınan kütlə paslanmayan formalara tökülərək, soyuducuya qoyulur. O, 5 saat buzxanada saxlanılır və mütəmadi olaraq qarışdırılır. Hazır dondurmanı püstə ilə bəzəmək, təzə meyvə və yaxud mürəbbə ilə yemək olar.