Məzmuna keç

Resept:Moruq kompotu

Vikikitab, açıq dünya üçün açıq kitablar

Moruq kompotu - Qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə, isti günlərdə susuzluğu yatırmaq üçün içilir.

Tərkibi

[redaktə]

Bu içkidən 4 pay hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:

Moruq - 200 q, şəkər – 120 q, limon turşusu – 0,8 q, likor və ya desert şərab – 40 ml, su – 3 stəkan.

Hazırlanma qaydası

[redaktə]

Qazana su və şəkər töküb qaynadır, limon turşusu əlavə edib soyudurlar. Seçilib yuyulmuş moruq giləmeyvələri qablara yığılır, onların üzərinə soyulmuş şərbət və likor tökülür, 3-4 saat sonra soyudulmuş halda süfrəyə verilir.