Məzmuna keç

Resept:Nərgiz salatı

Vikikitab, açıq dünya üçün açıq kitablar

Lazımdır

[redaktə]
  • 200 qr toyuq əti
  • 2 soğan
  • 300 qr qızardılmış göbələk
  • 2 qaynadılmış kartof
  • 2 qaynadılmış kök
  • 200 qr pendir(ağ kaşar pendiri)
  • mayonez, xama
  • göyərti, duz-istiot zövqə görə

Hazırlanması

[redaktə]

Toyuğu qaynadırıq və kvadrat formasında doğrayırıq. Soğanın birini göbələklə yaxşıca qızardırıq. Sonra bir boşqaba toyuğu düzürük, sürtgəçdən keçirilmiş kartof və kökü lay-lay arasını mayonezləyərək davam edirik. Qızardılmış göbələkləri və soğanı da əlavə edirik, üzərini mayonez və xamayla örtürük. Ağ kaşar pendirimizi sürtgəcdən keçirərək salatımızı tamamalayırıq. Qaynadılmış köklərdən nazik halqalar kəsirik, ortasından yavaşca qatlayırıq. Nərgiz gülünün ləçəkləri kimi düzürük saplaqlarını isə göy soğandan düzəldirik. Ləçəklərin tam ortasına sürtgəcdən keçirilmiş yumurtanın sarısını tökürük.


Xarici keçidlər

[redaktə]