Resept:Nar salatı
Görünüş
Nar salatı | |||
---|---|---|---|
Kateqoriya: | Salatlar | ||
Porsiya: | 5-6 | ||
Enerji qiyməti: | 200 kkal. | ||
vaxt: | 50 dəq. | ||
Hazırlanma mürəkkəbliyi: | |||
Lazım olan ərzaqlar
[redaktə]- 200 q. bişmiş toyuq və ya balıq əti
- 1 ədəd iri nar
- 4 ədəd kartof
- 1 ədəd qırmızı baş soğan
- 1/2 stəkan doğranmış şüyüd
- zövgə görə mayonez
- zövgə görə duz
- zövgə görə istiot
Hazırlanma qaydası
[redaktə]Kartof və ət qaynayan suda bişirilib, qabığını soyularaq, kiçik kublar şəklində doğranılır. Soğan ikiyə bölünür və incə-incə dilimlənir. Narı bir qabda dənələnir. Üstünə kartof, soğan, şüyüd və zövgə görə mayonez, duz və istiot əlavə edilib qarışdırılır.
Süfrəyə verilməsi
[redaktə]Süfrəyə verilməzdən əvvəl soyuducuda ən azı 30 dəqiqə ərzində saxlanılır.