Məzmuna keç

Resept:Piti

Vikikitab, açıq dünya üçün açıq kitablar

Tərkibi

[redaktə]

Xammalların miqdarı küftə-bozbaşda olduğu kimidir:

  • Qoyun əti - 163 q.
  • Quyruq - 20 q.
  • Düyü - 15 q.
  • Təzə alça - 30 q.
  • Noxud - 25 q.
  • Kartof - 150 q.
  • Baş soğan - 18 q.
  • Zəfəran - 0,1 q.
  • Quru nanə - 0,1 q.
  • İstiot – zövqə görə.
  • Duz – zövqə görə. Yay vaxtı zəfəran 50 q pomidorla əvəz edilir.

Hazırlanma qaydası

[redaktə]

Pitinin hər payına 55-60 qramlıq 2-3 tikə qoyun əti götürülür. Noxud 4-5 saat soyuq suda isladılır. Ət və noxudu piti qabına qoyub zəif od üzərində tədricən bişirirlər. Xörəyin hazır olunmasına 30 dəqiqə qalmış kartof, iri doğranmış soğan, alça, duz və zəfəran şirəsi tökülüb hazır olana kimi bişirilir.

Süfrəyə verilməsi

[redaktə]

Piti bir qayda olaraq bişirildiyi qabda süfrəyə verilir, yanına dərin boşqab və ya kasa, sumaq və təmizlənmiş baş soğan qoyulur.

Mənbə

[redaktə]