Məzmuna keç

Resept:Pivə

Vikikitab, açıq dünya üçün açıq kitablar

Hazırlanması

[redaktə]

Pivə hazırlanan zaman onun tərkib hissəsi olan su, taxıl, şərbətçiotu qarışdırılır və hissə-hissə acıtmanın təsiri ilə biokimyəvi olaraq dəyişdirilir. Bu proses bir neçə mərhələdə aparılır: taxıl əvvəlcə isladılır, sonra cücərənə qədər proses davam etdirilir. Belə hazırlanmış taxılı əzirlər. Proses əslində nişastanın emalı ilə başlayır.

Taxıldan əzilmiş qarışıq hazırlandıqdan sonra 60 °C qədər qızdırılmış suya əlavə edilir. Məhlul daimi olaraq qarışdırılır və eyni zamanda 75 °C -ə qədər qızıdırılır. Temperaturdan asılı olaraq taxılın tərkibində olan nişasta tədricən şəkər tozuna çevrilir. Sonra iod sınağının köməyi ilə ayrılmış nişastanın tamamilə şəkərə çevrilməsi yoxlanılır. Məhlul qapalı qazanda çalxalanaraq onun tərkibində olan bütöv (bərk) hissələr isti suyun əlavə olunması ilə kənarlaşdırılır. Yerdə qalan məhlula sonra şərbətçiotunu əlavə etməklə qazanda qaynadılır. Bu prosesə çalma deyilir. Məhlul süzgəcdən keçirilərək onun üzünə yığılan hissəciklərdən təmizlənir.

Bundan sonra alınmış maye məhlulu optimal temperatura qədər soyudularaq ona pivə növündən asılı olaraq maya daxil edilir. Qıcqırtma üçün iki temperatur pilləsindən istifadə olunur. Birincisi yüksək dərəcədə 18 °C – 24 °C arasında, ikinci 8 °C- 14 °C arasında aparılır. Alkoqol qıcqırdılması zamanı məhlulun tərkibinə daxil edilmiş maya orada olan nişastanın etanola və karbon turşusuna çevrilməsinə şərait yaradır. Karbod turşusunun bir hissəsi böyük təzyiq altında sıxılmış pivənin tərkibində qalır. Bir həftə çəkən əsas qıcqırtma prosesi başa çatdıqdan sonra da alınmış gənc pivə 4-6 həftə arasında saxlanaraq onun təkibində qıcqırtma proses davam etdirilir. Bu yolla alınmış pivə sonda yenə də süzgəcdən keçirilirək şüşülərə və dəmir qablara doldurulur.

Xarici keçidlər

[redaktə]

Vikianbarda Pivə ilə əlaqəli mediafayllar var.